14 fevral 2020 15:10
3051

Dağlar arasında sirli ölkə - Butan -FOTO

Butan Çin və Hindistan arasında yerləşən, haqqında çox az bilinən və  dünyanın ən dağlıq coğrafiyasında yerləşən bir krallıqdır. Təbiəti və məbədləri ilə diqqəti cəlb edən Butan turistləri istəməməsi ilə məşhurdur. Butan mümkün qədər az və zəngin turist qəbul etməyə üstünlük verir.

“İki sahil” xəbər verir ki, Butan krallıq tərəfindən idarə olunan dağlıq bir ölkədir. Himalay dağlarını əhatə edən  ölkə kobud bir əraziyə malikdir.

Butan 700 min insanın yaşadığı bir ölkədir və əhalinin 54%-i gənclərdən ibarətdir. Butanın paytaxtı Thimphudur. Butanın ərazisi 38394 kvadrat kilometrdir. Butan, eyni zamanda dünyanın ən çox əhalisi olan iki ölkə - Hindistan və Çinin arasındadır.

Ölkəyə turist kimi səfər etmək istəyənlərə yalnız qrup halında icazə verilir. Üstəlik ölkəyə daxil olan hər bir turistin gündə minimum 250 dollar büdcəsinə sahib olması tələbi var. Yəni, bir az pul xərcləməyi düşünürsüzsə Butan sizin üçün bir ölkə deyil. Butanda Ngultrum və Hindistan rupisi pul kimi istifadə olunur.

Butan dağlıq ölkə olduğundan bura ilə əlaqə yalnız nəqliyyat yolu ilə təmin olunur. Ölkədə dəmir yolu xətti yoxdur.

Butanda İngiltərədəki kimi avtomobillər yollarda sol tərəflə idarə olunur. Ölkəyə girərkən bununla bağlı xəbərdarlıq nişanları ilə rastlaşmaq mümkündür.