15 yanvar 2019 15:06
433

Dağlıq Qarabağ münaqişəsinin həlli regionun inkişafını təmin edəcək

Dağlıq Qarabağ münaqişəsinin həlli regionun inkişafını təmin edəcək. Trend-in məlumatına görə, bunun Türkiyə Prezidentinin köməkçisi Yalçın Topçu deyib.

Y.Topçunun sözlərinə görə, münaqişənin uzanması regionda təhlükəsizliyə real təhdiddir.

Türkiyə Prezidentinin müşaviri qeyd edib: "Bütün dünya, o cümlədən BMT Azərbaycan torpaqlarının işğal olunması faktını təsdiq edir".