19 sentyabr 2020 22:02
1109

Deputat seçicilərini qəbul etdi - FOTO

Sentyabr ayının 18-də Milli Məclisin deputatı Tamam Cəfərova Şamaxıda Deputat Qərargahında karantin qaydaları və sanitar-gigiyenik normalara əməl edilməklə vətəndaşların qəbulunu keçirib.

“İki sahil” xəbər verir ki, deputat 15 nəfər seçicini qəbul edib, onların problemlərini dinəyib.

Seçicilərin müraciətləri internet, məşğulluq, zəlzələ, əlillik dərəcəsinin təyin olunması prosesində mövcud olan problemlər, mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olub. Vətəndaşların müraciətləri qeydə alınıb, bəzi məsələlər yerindəcə həll edilib, digərləri ilə əlaqədar aidiyyatı qurumlar qarşısında tezliklə məsələ qaldırılacağı bildirilib.