09 oktyabr 2019 18:45
117

Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan ən çox irəliləyən ölkədir

“Dünya İqtisadi Forumunun bu gün dərc etdiyi Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında (2019) Azərbaycan iqtisadiyyatı 11  pillə irəliləyərək 141 ölkə içərisində 58-ci yerdə qərarlaşıb”. Bu barədə Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mİrkişili qeyd edib ki, Azərbaycan bu hesabatda dünyada ən çox irəliləyən  ölkə olub.

“Bununla yanaşı, ölkəmiz İnnovasiya Ekosystemi kateqoriyasında Biznesin Dinamikliyi göstəricisinə görə dünyada 23-cü, İnfrastrukturun inkişafı göstəricisinə görə dünyada 38-ci, İnsan Kapitalı göstəricisinə görə isə dünyada 41-ci yerə yüksəlib. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların nəticələrinin daha bir beynəlxalq platformada əks olunmasıdır”-deyə, T.Mirkişili vurğulayıb.