19 mart 2020 14:34
21158

Dünyanın ən isti 10 yeri - FOTO

Dünya soyuqluğu mənfi 60 dərəcəyə çatan yerlərlə yanaşı, istiliyi 50 dərəcədən çox olan yerlər də var. Afrikanın səhra coğrafiyasında üstünlük təşkil edən və dünyanın ən isti bölgələri olan bu yerlərə bir daha nəzər salaq. “İki sahil” dünyanın ən isti 10 yerini təqdim edir.

Ölüm vadisi - ABŞ

ABŞ-ın Kaliforniya ştatındakı Ölüm vadisində havanın orta istiliyi 47 dərəcədir.

Əziziyyə - Liviya

Liviyanın geniş səhrası Əziziyyə bölgəsində orta temperatur 48 dərəcədən yüksəkdir. Bölgədəki havanın istiliyinin 58 dərəcəyə qədər olması da olur.

Dallol - Efiopiya

Hidrotermal bir ərazi olan Dallolda ölçülən orta havanın temperaturu heç vaxt 40 dərəcədən aşağı düşmür.

Halfa vadisi - Sudan

Sudanın Halfa vadisi dünyanın ən isti yerlərindən biridir. Halfa vadisində havanın istiliyi 53 dərəcədir.

Daşt Lut - İran

Bura da dünyanın ən isti yerlərindən biridir. Araşdırmalara görə, Das Lutda ölçülmüş havanın istiliyi 70 dərəcədir.

Ölü dəniz - İsrail

İsrailin ən turistik marşrutlarından biri olan Ölü dənizdəki havanın temperaturu 54 dərəcədir.

Timbuktu - Mali

Afrikanın ən vacib qədim yaşayış məskənlərindən biri olan Timbuktuda ölçülən orta temperatur 50 dərəcədir.

Kebili - Tunis

Tunisdəki Kebili dünyanın ən isti yerlərindən biridir. Bölgədə ölçülən temperatur 55 dərəcədir.

Ghadames - Liviya

YUNESKO-nun Dünya İrsi Siyahısında olan Ghadamesdə havanın temperaturu 55 dərəcədir.

Bəndər Şəhr - İran

İranın Bandar şəhərində ən yüksək temperatur 74 dərəcə ölçülüb. Bu rekorddur.