02 dekabr 2020 21:02
1100

Ədalətsiz dünya gücləri üzərində haqqın qələbəsi

“Dünyada təhlükəsizlik zonası yoxdur. Müasir hərbi avadanlıq, hətta, uzun məsafələrə belə təhlükəsizliyi təmin etmir. Təhlükəsizlik siyasi yollarla təmin olunmalıdır!” – deyən və xalqından güc alan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan ordusunun təcavüzkar erməni faşizmi üzərində qələbəsi, əslində beynəlxalq diplomatiyada şəri müdafiə edən bütün dünya gücləri üzərində, 250 ildə ilk dəfə qazanılan möhtəşəm tarixi qələbədir!

Erməniləri hansı beynəlxalq dairələrin, ədalətsiz güclərin müdafiə etdiklərini və bizə qarşı hansı təhlükəli, iyrənc planlar qurduqlarını dərk etdikcə biz, bu qələbənin möhtəşəmliyini bir daha da dərk edəcəyik!...

Bu tarixi qələbə ilə ədalətli Azərbaycan xalqı mərdlik və qəhrəmanlıq nümayiş etdirərək, son 300 ildə ermənilərin özləri haqqında nağıllar və əfsanələr uyduraraq “məğlubedilməz döyüşçü olmaq üçün oxumaq yox, erməni olmaq lazımdır” deyə yaratdıqları mifin feyk olduğunu və onların rəzil, qorxaq, riyakar bir millət olduğunu əyani faktlarla beynəlxalq ictimaiyyət qarşısında sübuta yetirdi, erməni mifinin uydurma nağıl və əfsanələrdən ibarət olduğunu dünya ictimaiyyətinin nəzərinə çatdırdı. Belə ki, Karl Marks, Fridrix Engels, İosif Stalin, Əmir Teymur, Şeyx Şamil, Tolstoy, Aleksandr Düma, Qriboyedov, Pişkin, Mayokovski, Fadeyev və b. yüzlərlə belə çətin sınaqlardan çıxmış, həyat təcrübəsi görmüş  tarixi şəxsiyyətlərin,  dövlət xadimləri və filosofların tarixən qələmə aldıqları erməni alçaqlıqlarının danılmaz həqiqət olduğunu əyani olaraq dünyaya çatdırdı. Elə bunları ermənilərin özləri də müharibənin gedişatı ilə törətdikləri vəhşilikləri və qeyri-insani hərəkətləri ilə təsdiq etdilər. Bu həqiqətən də belədir. Belə olmasaydı, ayrı-ayrı zamanlarda ayrı-ayrı insanlar ermənilər haqqında eyni fikirdə olmazdılar.

Bu gün dünya ictimaiyyətinin diqqət mərkəzində olan cənab İlham Əliyevi müqəddəs torpaqlarımızı işğaldan azad etmək kimi ali iradəni yerinə yetirməkdən heç nə, heç bir qüvvə saxlaya bilmədi! Müqəddəs əzəli torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüzü təmin etdi, şəhidlərimizin qanını yerdə qoymadı! Uzaqgörən Ulu Öndər Heydər Əliyev necə də müdrikcəsinə demişdir: “İlham Əliyev həm biliyinə, həm ağlına, həm təcrübəsinə, həm də insani keyfiyyətlərinə görə Azərbaycanın siyasi səhnəsində öz yerini tutub”.

Bəli, Azərbaycan ordusunun müzəffər Ali Baş Komandanı İlham Əliyev epoxamızın qəhrəmanlıq salnaməsi olan bu qələbəni Azərbaycanın məğlubedilməz ordusunun adı ilə qızıl hərflərlə tarixə yazdı. 

Bu gün bu qələbənin məhz cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmasını həzm edə bilməyən və ona qarşı çıxan hər kim olarsa, o, erməni təbliğatına xidmət etmiş olar.

Gərək, bu möhtəşəm qələbədən sonra, hamı bir yumruq kimi “epoxamızın qəhrəmanlıq salnaməsini məğlubedilməz Azərbaycan ordusunun adı ilə qızıl hərflərlə tarixə yazan müzəffər Ali Baş Komandan İlham Əliyevə qarşı çıxmaq – Vətənə xəyanətdir!” – devizi altında daha da sıx birləşməli, erməni lobbisi tərəfindən maliyyələşən xarici xidmət orqanlarının qucağında özünə sığınacaq tapan və erməni təbliğatına xidmət edən “vətənpərvərlər”ə uymamalıdır. Yeri gəlmişkən, o “vətənpərvərlər”i tanımaq istəyənlərə tövsiyəm budur ki, müharibəni uduzmağımızı zənn edərək sevinən sifətlərin qələbədən sonra necə yasa batdığını sosial şəbəkələrdə izləsinlər. Diqqət yetirsəniz, görərsiniz ki, onlar qələbə ilə nəticələnən bu 44 günlük müharibədən sonra 44 il qocalmışlar!..

Yaşasın Vətən Müharibəsinin qəhrəman Ali Baş Komandanı, xalqımızın məğlubedilməz müzəffər ordusu! Yaşasın iqtidar-xalq, xalq-iqtidar birliyi! Yaşasın bəşərin qəhrəman Azərbaycan xalqı! Yaşasın Azərbaycan! Əbədiyyətə qovuşan qəhrəmanlarımızın ruhu şad olsun! 

 

Həsən Şirinov,
Polis general-mayoru, “Qızıl qələm” mükafatı laureatı