22 sentyabr 2020 12:36
1007

“Emmi” mükafatının qalibləri açıqlanıb

ABŞ-ın Los-Anceles şəhərində 72-ci “Emmi” mükafatının təqdimetmə mərasimi olub.

Bu barədə qurumun “Twitter” hesabında canlı yayım olub.

COVID-19 pandemiyası səbəbindən tədbir videokonfrans formatında baş tutub.

“Ən yaxşı dramatik serial” kateqoriyasında “Varislər” qalib olub. “Ən yaxşı komediya serialı” kateqoriyasında “Şitts Krik”, “Ən qısa serial” kateqoriyasında isə “Mühafizəçilər” “Emmi” qazanıb.

“Şitts Krik”də oynayan aktyorlar Ketrin O'Hara və Yucin Levi komediya serialında ən yaxşı aktyor, eyni serialdan olan Deniel Levi və Enni Merfi isə komediya serialında oynayan ən yaxşı ikinci plan aktyorları kateqoriyasında mükafat qazanıblar.

“Komediya serialı üçün ən yaxşı ssenari” mükafatını da Deniel Levi qazanıb.

Aktyorlar Ceremi Stronq və Zendaya dramatik serialda ən yaxşı kişi və qadın rollarına görə "Emmi" qazanıblar. Dramatik serialda ikinci plan roluna görə Bilki Krudap və Culiya Qarner də fərqləniblər. //AZƏRTAC