31 yanvar 2019 11:27
2361

Ən faydalı yağ hansıdır?

Həkimlərin fikirlərinə görə, qidaya əlavə olunan bu məhsul bir ay ərzində ürək xəstəlikləri  və insult riskini əhəmiyyətli dərəcədə aşağı salır.

Kembridc Universitetinin bir qrup mütəxəssisləri  50 yaşından 75 yaşına kimi olan 94 könüllü iştirakçı ilə eksperiment həyata keçiriblər. Könüllülər üç qrupa bölünüb və hər gün onlara 50 qram (bir xörək qaşığı) kakos, zeytun və kərə yağı yemələri təklif olunub. Eksperiment iştirakçılarının hər birinin qanda xolesterin səviyyəsi eksperimentin əvvəlində və iki həftə sonra ölçülüb. Nəticədə məlum olub ki, kərə yağından istifadə edən iştirakçıların qanında “pis” xolesterin səviyyəsi orta hesabla 10 faiz artıb. Zeytun yağı istifadə edənlərin qanında “pis” xolesterin səviyyəsi əhəmiyyətli dərəcədə enməsə də, “xeyirli” xolesterin səviyyəsi 5% faiz artıb.

Kakos yağından istifadə edən üçüncü qrup iştirakçılarının isə qanında “pis” xolesterin səviyyəsinin aşağı düşməsi müşahidə olunub. Bununla yanaşı, “xeyirli” xolesterin səviyyəsi orta hesabla 15 faiz artıb.

Bütün bunlara baxmayaraq, alimlərin fikirlərinə görə, hansısa yağdan, digər bir xeyirli yağa görə  imtina etmək düzgün deyil. Hər  bir məhsulun tərkibində orqanizmə lazım olan maddələr mövcuddur, lakin   məhsulun nə qədər istifadə edilməsindən asılıdır.

Könül Əliyeva, “İki sahil”