04 dekabr 2020 14:18
328

 Erməni komandir: Paşinyanın hərəkətləri ağlasığmaz idi

Ermənistandakı daxili siyasi vəziyyət fonunda Qarabağ münaqişəsinin eskalasiyası qaçılmaz idi.

"İki sahil" azvision-a istinadla xəbər verir ki, bu barədə "Aşot Yerkat" könüllü dəstəsinin komandiri Aşot Minasyan bildirib. O, Nikol Paşinyanın baş nazirliyi dövründə zəifləyən Ermənistanın Azərbaycan rəhbərliyini müharibəyə sövq etdiyini deyib.

“Uğursuz ali baş komandan, eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanın hərbi, siyasi, iqtisadi sahədə əsas vəzifələri həvalə etdiyi insanların idarəetmə bacarığı olmadığı üçün ölkəni zəiflətdilər”, - deyə Minasyan əlavə edib.

Onun fikrincə, məğlubiyyətin məsuliyyətini “generalları mümkün qədər zəiflətmiş” ali baş komandan daşıyır: "Paşinyan birinci Qarabağ müharibəsində və 2016-cı ilin aprel döyüşlərində "qələbələri" təmin edən komandirləri qovdu. Onların yerinə müharibənin nə olduğunu bilməyən insanlar gəldi".

Onun sözlərinə görə, Paşinyanın müharibə dövründəki fəaliyyəti ağlasığmaz idi. Erməni birləşmələrinin Hadrut istiqamətində (Horadiz kəndi yaxınlığında) böyük ziyan görməsi baş nazirin qeyri-adekvat qərarlarına görə idi.

Minasyan bildirib ki, 2016-cı ilin aprelində itirilmiş Lələtəpə yüksəkliyinin geri alınması əmrini Paşinyan verib və bu da ağır nəticələrə gətirib çıxardı: "Bəlkə də sərxoş vəziyyətdə olan ali baş komandan, Lələtəpə yüksəkliyi alınsa, qəhrəman titulları verəcəkdi. Uğursuz generallar bunu reallıq kimi qəbul edir və hücuma keçir. Bildirildiyi zaman birinə general, digər ikisinə - qəhrəman rütbəsi verir. Məqsəd bu idi: "Siz Lələtəpəni verdiniz, mən aldım”. Düşmənə nə qədər tank qoyduğumuzu, canlı qüvvə itirdiyimizi söyləmək istəmirəm. Ordu qaçmağa başlayır. Və qaçan qoşunların komandirinə qəhrəman adı verilir. Heç kim bunun necə ola bildiyi barədə danşmır. Qaçan ordunun komandiri, Sisian alayının komandirindən də söhbət gedir, Sovetaşenski alayının komandiri təyin olunur".