08 noyabr 2019 11:49
140

Ermənistanda İctimai Şuraya hücum başlayıb

Bunu İctimai Şuranın sədri Vazgen Manukyan bildirib. Onun sözlərinə görə, ilk hücum şəxsən özünə qarşı yönəldilib.

"Dövlətdə yeni bir mərhələ başladı. Amma görülən işlər bizi məyus etdi. Məhkəmələrdəki vəziyyət, hakimlərə hücumlar, 1 mart hadisələrinin siyasiləşdirilməsi qəbuledilməzdir. Bütün bunlarla əlaqədar olaraq iyul ayında Nikol Paşinyanla görüşmək və onunla müzakirə aparmaq, məsləhətlərimi vermək qərarına gəldim. İyul ayında Paşinyana iki dəfə zəng etdim, amma o, mənimlə danışmadı. Bu, görünməmiş bir hal idi, çünki indiyə kimi nə Serj Sarkisyan, nə Robert Koçaryan, nə də Levon Ter-Petrosyan ilə belə hal baş verib", - Manukyan əlavə edib.

İctimai Şura sədrinin sözlərinə görə, vətəndaşlarda qorxu hissi var, çünki kimi həbs edə biləcəkləri bəlli deyil: “Mən 37-ci ilə çox yaxın olan bir ölkədə yaşayıram. Və biz hamımız bu təhlükə ilə üz-üzəyik. Hesab edirəm ki, cəmiyyət müqavimət göstərməli, Ermənistan üçün bu cür addımların təhlükəsini hakimiyyətə izah etməlidir".