Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 1859 nəfərə çatıb.
Bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın ölkədə aşkarlandığı vaxtdan bəri 81 min 720 nəfər müayinə olunub. Son sutka ərzində COVID-19 virusuna görə 997 nəfərdən analiz götürülüb.
Ölkədə COVID-19-dan 67 ölüm faktı qeydə alınıb. Sağalanların sayı 1246 nəfərdir. //AZƏRTAC