“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.
"İki sahil" klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Kuinz Park Reyncers”dən Brayt Osayi-Samuelinin transferi üçün razılıq əldə edib. 23 yaşlı yarımmüdafiəçi tezliklə İstanbula gəlib tibbi müayinədən keçəcək və 4.5 illik müqaviləyə imza atacaq.
Qeyd edək ki, Osayi-Samuel 2017-ci ildən “Kuinz Park Reyncers”də çıxış edir. O, daha öncə iki il yetirməsi olduğu “Blekpul”da da forma geyinib.