08 noyabr 2019 18:37
108

Fəzail İbrahimli: Azərbaycanın torpaqları işğaldan azad olunacaq

Fəzail İbrahimli: Azərbaycanın torpaqları işğaldan azad olunacaq və üçrəngli bayrağımız doğma Qarabağımızda dalğalanacaq

“Azərbaycanın üçrəngli bayrağının bu gün nüfuzlu beynəlxalq təşkilatların qarşısında dalğalanması bizim üçün sonsuz iftixar mənbəyidir”.

Bu fikri Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, təkcə dövlət tədbirlərində deyil, mötəbər idman yarışlarında da, humanitar, mədəni tədbirlərdə də Dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir. “Avropa Şurasında 47 ölkənin bayrağı dalğalanır. Bir nüansı diqqətinizə çatdırım. Məhəmməd Hadi “Yox millətimin imzası imzalar içində” deyib fəryad edərək dünyasını dəyişdi. Mən bunu xatırlayaraq Avropa Şurasında bayrağımız altında durdum və qürur hissi ilə Hadiyə xitabən “ruhun şad olsun” dedim. Sevindirici haldır ki, bu gün Azərbaycan bayrağı BMT-də, Avropa Şurasında dalğalanır və hər bir vətəndaşımız iftixarla deyə bilər ki, var millətimin imzası imzalar içində. Qoy bu iftixarımız əbədi olsun! İnanıram ki, belə də olacaq və Azərbaycanın torpaqları işğaldan azad olunacaq və üçrəngli bayrağımız doğma Qarabağımızda dalğalanacaq!”-deyə, deputat qeyd edib.