08 iyul 2020 16:37
1435

Gənc qadın daşqalaq edilərək öldürüldü

Pakistanda 24 yaşlı Vaziran qardaşı və həyat yoldaşı tərəfindən daşqalaq edilərək öldürülüb.

Pakistanın Vadda Chachar kəndində 24 yaşlı gənc qadın əvvəlcə taxta parçası ilə döyülərək, daha sonra daşqalaq edilərək öldürülüb. Atası qızının ölümündə onun həyat yoldaşını və qardaşını günahlandıraraq polisə şikayət edib.

Polis istintaq apararkən məlum olub ki, 24 yaşlı qadın qan davasının qurbanı olub. Onun həyat yoldaşı Allah Baksh və qardaşı Karem qadını daşqalaq edərək öldürdüklərini etiraf ediblər. //Ölkə.az