21 may 2020 16:52
212

Gömrükçülərimiz qanunsuzluğun qarşısını alıblar

Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə qanunsuz yolla ölkə ərazisinə mobil telefonların gətirilməsi cəhdinin qarşısını alıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumatlar əsasında, "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi Volvo" və Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF FTXF 105" markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Baxış zamanı həmin avtomobillərin gizli saxlanc yerlərindən 6 ədəd "İphone 11 Pro Max Midnight Green 256 GB" və 2 ədəd "İphone 11 Pro Max Midnight Green 64 GB" markalı mobil telefonlar aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.