29 noyabr 2020 22:21
752

Goranboy sakini dəm qazından zəhərlənib

Goranboy rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib. 

"İki sahil" apa-ya istinadən xəbər verir ki, hadisə Dəlıməmmədli şəhərində qeydə alınıb. 

Yaşadığı ünvanın vanna otağında dəm qazından boğulan 1949-cu il təvəllüdlü Fətəliyeva Şəfiqə Əli qızı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Ona ilkin yardım göstərildikdən sonra Gəncədə yerləşən klinikalardan birinə köçürülüb.