Hadisə Gürcüstanın Acarıstan Muxtar Respublikasının Xulo qəsəbəsi ərazisində qeydə alınıb. Batumiyə gedən sərnişin mikroavtobusu qəzaya uğrayıb. Nəticədə bir nəfər ölüb, üç nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın başvermə səbəbi hələlik məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.