18 yanvar 2021 19:27
2588

Hadrutdan qaçan ermənilərin görüntüləri yayıldı - VİDEO

Erməni saytları Azərbaycan Ordusunun Hadrutu işğaldan azad etdiyi gün çəkildiyi iddia edilən yeni video yayıblar.

"İki sahil" Azvision.az-a istinadən xəbər verir ki, saytlar sözügedən videonu “Mediaport” kanalına istinadən paylaşıblar.

Hadisə şahidləri videonun Hadrutun Azərbaycan hərbçilərinin nəzarətinə keçən gün çəkildiyini bildiriblər.

Məlumata görə, Hadrutdan qaçan ermənilər Xankəndində restorana yığışıblar. Kadrlarda din xadimi ilə yanaşı əli silahlı döyüşçülər də əks olunub.