09 iyul 2020 15:33
1188

Hazardın son durumu bilindi

"Real Madrid" klubunun vinqeri Eden Hazard optimal fiziki formasından uzaqdır.

“İki sahil” “goal.az”a istinadən xəbər verir ki, Hazardın topuğunda hələ də ağrılar var. Ötən gün belçikalı futbolçu "Real"ın məşqində iştirak etsə də, mini-oyun formatındakı çalışmalar zamanı meydançanı tərk edib.

Bu səbəbdən Hazardın Alaveslə oynanılacaq matçı da buraxacağı gözlənilir. 29 yaşlı oyunçu Getafe və Atletico ilə oyunlarda komandasına kömək edə bilməmişdi.