17 fevral 2020 11:38
1432

Həcc ziyarəti üçün 150 nəfər müraciət edib

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 150 nəfər müraciət edib.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumatda bildirilir ki, sənədlərin qəbulu yanvarın 24-dən başlanılıb və mayın sonuna qədər davam edəcək. 

QMİ-dən həmçinin bildirilib ki, bu il Həcc ziyarəti üçün kvotanın sayı 1500 nəfər təşkil edir. Ziyarətin qiyməti 4490 ABŞ dolları olacaq.