Bolqarıstan çempionatında həkimlərin səhvi ucbatından futbolçular kütləvi halda koronavirusa yoluxublar. AZƏRTAC xəbər verir ki, “Tsarsko Selo” – “Çerno More” matçından (1: 4) əvvəl meydan sahiblərinin futbolçusu Martin Kavdanskinin koronavirus testi səhvliklə neqativ cavablandırılıb.
O, qarşılaşmaya start heyətdə başlayıb və 3 komanda yoldaşını infeksiyaya yoluxdurub. Qonaqların isə ümumilikdə 16 futbolçusunda COVID-19 aşkarlanıb.