14 yanvar 2020 20:17
662

Hindistan Hərbi Hava Qüvvələri 200 yeni döyüş təyyarəsi alacaq

Hindistan hökuməti ölkənin Hərbi Hava Qüvvələri üçün 200 yeni döyüş təyyarəsi almaq niyyətindədir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Müdafiə naziri Acay Kumar bəyan edib.

Onun sözlərinə görə, a “HAL Tejas” şirkətindən 83 hərbi təyyarənin sifarişini nəzərdə tutulan müqavilə barədə danışılar artıq son mərhələdədir.

Qeyd edək ki, hazırda Hindistan Hərbi Hava Qüvvələrinin sərəncamında “Su 30 MKI”, “Mirage 2000”, MiQ-29, köhnəlmiş “Jaguars” və MiQ-21 “Bisons” döyüş təyyarələri var.