24 sentyabr 2020 12:20
983

İçkili şəxs şirlərin qəfəsinə girib - VİDEO

Vəhşi heyvanlarla şəkil çəkdirmək istəyən içkili şəxs şirlərin qəfəsinə girib.

"İki sahil" Oxu.az-a istinadən xəbər verir ki, hadisə Ukraynanın Odessa şəhərində qeydə alınıb.

Bioparkın əməkdaşı kişini görən kimi mühafizəçilərə xəbər verib. Kadrlarda polis əməkdaşının kişiyə yaxınlaşdığı, onun isə selfi çəkdiyi görünür. Hüquq mühafizəçiləri içkili şəxsi çıxarmaq üçün güc tətbiq etmək məcburiyyətində qalıblar.