13 dekabr 2019 17:15
1252

İngiltərə klubları avrokuboklarda ən yaxşı nəticəni göstəriblər

İngiltərənin 7 klubu cari mövsümdə avrokubokların pley-off mərhələsinə yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu nəticə sonuncu dəfə 10 il əvvəl qeydə alınıb. Belə ki, Premyer Liqa klubları sonuncu dəfə 2008/2009-ci il mövsümündə avrokubokların qrup mərhələsində bu nəticəni göstərməyi bacarıblar.

Cari mövsümdə UEFA Çempionlar Liqasında “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Mançester Siti”, Avropa Liqasında isə “Arsenal”, “Mançester Yunayted” və “Vulverhempton” pley-offa yüksəliblər.

Qeyd edək ki, ötən mövsümdə də avrokuboklarda İngiltərə finalı yaşanıb.