16 may 2019 16:25
399

İnternet pulunun ödənilməsində dəyişiklik

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib.

Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, may ayından etibarən “Aztelekom” MMC-nin internet xidməti üzrə ödənişlər “gündəlik hesablaşma” prinsipi ilə aparılacaq.

Belə ki, artıq ödəniş günü hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq.

Əlavə məlumat üçün 170 qısa nömrəsinə müraciət edə bilərsiniz.