03 avqust 2020 18:41
1340

İqtisadi və sosial dəstəklə bağlı yeni təkliflər müzakirə edilir

Koronavirusa görə iqtisadi və sosial dəstəklə bağlı yeni təkliflər müzakirə edilir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, iqtisadi paketlə əlaqədar Nazirlər Kabinetinə yeni təkliflər verilib.

Onun sözlərinə görə, sosial paketlərlə bağlı da müzakirələr davam etdirilir.