14 noyabr 2019 18:59
691

İranın Ali Rəhbəri 3500-dən çox məhbusu əfv edib

İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi əfv sərəncamı imzalayıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, əfv olunan 3552 məhbusdan 32 nəfəri İran dövlətinə qarşı fəaliyyət göstərməkdə ittiham edilərək azadlıqdan məhrum edilənlərdir. Onların arasında jurnalistlər və tələbələr də var.

Mətbuat yazır ki, Ali Rəhbər yüksək humanistlik nümayiş etdirib və dövlətə qarşı çıxanları da əfv edib.

İnqilabdan sonra ilk dəfədir ki, İranda dövlətə qarşı cinayətdə ittiham edilərək həbs olunan adam azadlığa buraxılır.