20 iyul 2019 18:18
717

İraqda 1 Türkiyə hərbçisi şəhid olub

Türkiyənin İraqın şimalında PKK terror təşkilatına qarşı apardığı əməliyyat çərçivəsində bir türk hərbçisi həlak olub.

Trend-in məlumatına görə, həmin əməliyyat zamanı daha 6 türk hərbçinin yaralandığı bildirilir.

Qeyd edək ki, Türkiyə silahlı qüvvələri tərəfindən İraqın şimalında Xakurk rayonunda xüsusi genişmiqayslı əməliyyatlar başlayıb.