20 may 2019 16:11
829

Kərim Benzema mayda ikinci mükafatını qazanıb

İspaniyanın “Real Madrid” futbol klubunun hücumçusu Kərim Benzema mayda ikinci mükafatını qazanıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, daha əvvəl 31 yaşlı fransalı hücumçu aprel ayının ən yaxşı futbolçusu seçilmişdi. Bu dəfə Benzema Fransa Milli Peşəkar Futbolçular Birliyi tərəfindən cari mövsümdə xarici klublarda forma geyinən ən yaxşı fransalı futbolçu olub.

Qeyd edək ki, Benzema cari mövsümdə Madrid təmsilçisinin heyətində keçirdiyi 53 oyunda 30 qol vurub və 7 məhsuldar ötürmə edib.