11 avqust 2020 11:28
850

Kirayə qaldığı evlərdən oğurluq edirdi

Abşeron rayonunda kiraya yaşadığı mənzillərdən oğurluq edən şəxs saxlanılıb. DİN-dən “İki sahil”ə daxil olan məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Məhəmməd Abdullayev tutulub. Araşdırma zamanı məlum olub ki, bu şəxs kirayə yaşadığı evlərdən məzil sahibinə məxsus məişət əşyalarını oğurlayıb. Bu üsulla Məhəmməd Abdullayev Abşeron rayonunda bir neçə kirayə ev verən şəxsə ziyan vurub. Məhəmməd Abdullayev barəsində Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Bu şəxsin başqa analoji cinayətlər törətdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa Abşeron Rayon Polis İdarəsinə və ya DİN-in “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.