16 yanvar 2021 13:19
734

Koronavirusdan zərər çəkmiş sahələr üzrə biznesə yardımlar davam edir

“Nazirlər Kabinetinin tədbirlər planı var. Orada da müxtəlif sahələr, istiqamətlər üzrə sahibkarlara yardımlar nəzərdə tutulub”.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, bunun üçün vəsaitlər də ayrılıb, proses gedir: “İqtisadiyyat Nazirliyi birbaşa bununla məşğuldur. Bu proses dayanmayıb, koronavirusdan zərər çəkmiş sahələr üzrə fəaliyyət göstərən biznesə yardımlar davam edir”.