17 fevral 2020 14:44
1364

Litseydə qan töküldü

Türkiyədə Türkiyənin Ankara şəhərinin Etimesqut rayonundakı Şəhit Vəlit Bekdaş Anadolu Litseyində silahlı insident yaşanıb.

“İki sahil” xəbər verir ki, qeyd edilən təhsil ocağında xidmətçi olaraq işləyən Murat E. mübahisə etdiyi məktəb müdiri Şərafəddin Əli G.-ni odlu silahla yaralayıb.

Hadisə yerinə gələn polislərin, “Təslim ol!” əmrinə tabe olmayan Murat E. tapança ilə öz başına atəş açaraq intihara təşəbbüs göstərib.

Hər iki yaralı xəstəxanaya çatdırılıb.