Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 5-ci turun oyunlarına start verilib.
"İki sahil" xəbər verir ki, son çempion "Liverpul” səfərdə “Everton" komandası ilə qarşılaşıb. “Gudison Park" stadionunda baş tutan görüş 2:2 hesabı ilə heç-heçə başa çatıb.
“Liverpul”un heyətində Sadio Mane, Məhəmməd Salah, “Everton”da isə Mihael Kin və Dominik Calvert-Levin fərqləniblər.
Görüşün 90-cı dəqiqəsində qonaqların kapitanı Jordan Henderson penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Bu oyundan sonra “Everton” 13 xalla birinci, “Liverpul” isə 10 xalla üçüncü yerdə qərarlaşıb.
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək