23 avqust 2019 15:03
596

"Liverpul"da yeni müqavilə

İngiltərənin "Liverpul" klubu yarımmüdafiəçisi Aleks Oksleyd-Çembeyleynlə müqavilənin müddətini uzadıb. 

"İki sahil" Milli.Az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

"Sauthempton"un yetirməsi olan Aleks, 2011-ci ildə "Arsenal"a transfer olunub. London klubundakı 6 illik macəradan sonra o, 38 milyon avroya "Liverpul"a keçib. İngilis futbolçu bu komandada 47 oyuna çıxıb, 5 qola imza atıb.