Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
26 sentyabr 2020 22:17
355

Manuel Noyer həftənin oyunçusu seçilib

Almaniyanın “Bavariya” və İspaniyanın “Sevilya” futbol komandaları arasında keçirilmiş UEFA Super Kuboku uğrunda matçdan sonra həftənin oyunçusu açıqlanıb.

Bu ada Münxen komandasının qapıçı Manuel Noyer layiq görülüb. Otuz dörd yaşlı qolkiper qarşılaşma ərzində 4 dəfə komandasını qoldan xilas edib.

Qeyd edək ki, “Bavariya” rəqibini əlavə vaxtda 2:1 hesabı ilə məğlub edərək UEFA Super Kubokunu qazanıb.