09 avqust 2020 02:47
1017

Masallıda meşə ərazisində baş verən yanğın söndürülüb

Masallı rayonunun Köhnə Zuvand kəndi yaxınlığında meşə ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə nəticəsində 4 hektar sahədə quru ot və ağac kötükləri yanıb. Meşənin qalan hissəsi yanğından mühafizə olunub. Alov nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.