16 avqust 2019 14:31
710

Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 17-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçiriləcək “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək.
"İki sahil" nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Müdafiə naziri, həmçinin “Tank biatlonu” müsabiqəsində yüksək nəticə əldə edərək finala yüksələn Azərbaycan tankçılarının çıxışını izləyəcək.
Final yarışlarında komandamız birinci divizionda Rusiya, Belarusiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq.