20 oktyabr 2020 19:29
844

Naxçıvan nümayəndəliyinin rəhbəri Kolumbiya səfiri ilə görüşüb

"İki sahil" xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Kolumbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Domates Kardenasla görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə turizm, mədəniyyət və bir çox sahələrdə əməkdaşlıq imkanları, regional vəziyyət və digər maraqlı mövzuda səmimi müzakirələr aparılıb.