21 iyun 2019 16:46
833

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb

Cari ilin yanvar-may aylarında muxtar respublikada 54 milyon 392 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, hesabat dövründə diri çəkidə ət istehsalı 9 min 166 ton, süd istehsalı isə 36 min 317,4 ton olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,2 faiz, süd istehsalı isə 2 faiz artıb.