28 yanvar 2021 13:03
2552

Nəcməddin Sadıqov hazırda hərbi xidmətdə deyil

Nəcməddin Sadıqovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb.

"İki sahil" xəbər verir ki, Müdafiə Nazirliyindən bununla bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nəcməddin Sadıqov hazırda hərbi xidmətdə deyil.

Qeyd edək ki, general-polkovnik N. Sadıqov Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsində çalışıb.

Onun adı artıq nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarılıb.