30 sentyabr 2020 18:10
775

Neftçala gəncləri cəbhəyə belə yola saldı - FOTO

Qarabağın azad edilməsi istiqamətində həyata keçirilən hərbi əməliyyatlar üçün Prezident İlham Əliyev tərəfindən qismən səfərbərlik elan olunub. Eyni zamanda, minlərlə şəxs könüllü olaraq cəbhəyə getmək üçün müraciət edib.

Trend-in məlumatına görə, bu gün Neftçala rayonunda da gənclərin cəbhəyə yola salınma mərasimi baş tutub.

Böyük coşqu və ruh yüksəkliyi ilə Neftçala sakinləri cəbhəyə gedənləri yola salıblar. Mərasimdə insanların üzlərində olan inam və qələbə sevinci, eyni zamanda cəbhəyə yollanan gənclərdəki ruh yüksəkliyi diqqəti cəlb edib.

Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov mərasimdə iştirak edib və cəbhəyə yola düşən əsgərlərimizə qələbə ilə qayıtmağı arzulayıb.