29 iyun 2018 17:25
721

İtaliyada Azərbaycanla bağlı xəbər portalı yaradılıb

İtaliyada “AzerbaigianReportage.com” informasiya portalı yaradılıb. Müxtəlif beynəlxalq missiyalarda Azərbaycanda səfərdə olmuş italiyalı müstəqil jurnalist, Qafqaz üzrə analitik, Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun (IREPI) prezidenti Domeniko Letizianın təşəbbüsü ilə yaradılan portalın məqsədi oxucuya Qafqazın incisi olan Azərbaycanın geosiyasəti, diplomatiyası, iqtisadi imkanları və müvafiq qanunvericilik bazası barədə məlumat çatdırmaqdır.

Eyni zamanda, portal çoxsaylı Azərbaycan şirkətlərinə öz məhsullarını İtaliyada və digər Avropa İttifaqı ölkələrində təqdim və reklam etmək imkanı verir. "Made in Azerbaijan" markasının İtaliyada, xüsusilə də aqro-qida sektorunda təşviqi və yayılması portalın əsas prioritetlərindən biridir. Həmçinin buraya Azərbaycan şərabının təşviqi də daxildir.