23 iyul 2018 23:00
818

Kamran İmanov: Əqli mülkiyyət yaradıcı iqtisadiyyat və kiçik və orta sahibkarlığın innovasiyalı inkişafında vacib rol oynayır

«Ölkəmizdə vahid əqli mülkiyyət strategiyası zəruri məsələdir». Bu fikri Azərbaycan Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov deyib.

K.İmanov bildirib ki, rəhbərlik etdiyi qurumun qarşısında duran əsas vəzifə innovasiyalı inkişafa xidmət etməkdən ibarətdir.

«Yeni çağırışlar əqli mülkiyyətin istər elmi təsisatlarla, istərsə də digər strukturlarla  iş prinsiplərinin yeniləşməsini, daxili fəaliyyətin isə müasir göstəricilər vasitəsilə dəyərləndirilməsini tələb edir. Əqli mülkiyyət yaradıcı iqtisadiyyat və kiçik və orta sahibkarlığın innovasiyalı inkişafında da vacib rol oynayır. Eyni zamanda, Azərbaycan Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanından irəli gələn aidiyyəti vəzifələrin icrası, o cümlədən “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı yeni strategiyanın hazırlanması ilə əlaqədar təşkilatın üzərinə vacib vəzifələr düşür»-deyə, K.İmanov qeyd edib.