KÖŞƏ

Yusif Babanlı

09 iyul 2019 15:54
225

Ölkəmiz idman yarışlarında layiqincə təmsil olunur

Azərbaycanda hər zaman bütün sahələrlə yanaşı idman sahəsinin də  inkişaf perspektivləri ciddi nəzarət altında olmuşdur. Ölkəmizin uzunmüddətli idman salnaməsinə nəzər salsaq görərik ki, idmanın sürətli inkişaf yolu müəyyən mərhələlərdən qətiyyətlə keçmişdir. Manelərə, ölkədə yaranmış ictimai-siyasi problemlərə baxmayaraq ölkə idmanı dinmaik inkişafda olmuşdur. Nəhayət bu gün Azərbaycan idmanı tarixin mərhələlərindən şərəflə və uğurla keçməkdədir. Buna ölkəmizdə keçirilən beynəlxalq səviyyəli yarışlar və bu yarışlara yüksək səviyyədə Azərbaycanın ev sahibliyi etməsi, həmçinin, idmançılarımızın müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərmələri sübutdur. Dövlət başçısı Cənab İlham Əliyevin, Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın və dövlət rəsmilərinin idmançılarımıza diqqət və qayğısı, maddi və mənəvi dəstəyi, onları ruhlandırması yeni qələbələrə imza atmaları üçün stimul verir. Bu yaxınlarda Belarusiyanın paytaxtı Minskidə keçirilən II Avropa oyunlarında  28 madalla 10-cu pillədə yer alan idmançılarımız vətənə  28 medalla qayıdıblar. İdmançılarımızın 5 qızıl, 10 gümüş, 13 bürünc medal qazanmaları  dövlətimiz və eləcdə idman ictimaiyyəti üçün uğurlu və sevindirici haldır.

İdman ölkəsi Azərbaycanın yaxın günlərdə ev sahibliyi edəcəyi mötəbər yarışlar sırasına XV Avropa Yay Olimpiya Gənclər festivalı da daxildir. Azərbaycan həmişə olduğu kimi bu tədbirə də xüsusi maraqla hazırlaşır. 14-18 yaşlı yeniyetmələr arasında keçirilən və  Avropada xüsusi maraqla izlənən idman yarışlarından sayılan festivala 4000 -ə yaxın idmançı, texniki heyət və digər qonaqlar qatılacadır.

Biz də öz növbəmizdə idmanı sevən hər bir azərbaycanlı və bütövlükdə idman ictimaiyyəti adından istər ölkəmizdə, istərsədə digər dövlətlərdə keçirilən idman yarışlarında iştirak edəcək idmançılarımıza bol-bol uğurlar arzulayırıq. İstənilən yarışlarda qazanılan qələbələr bizim zənginliyimiz, dalğalanan bayrağımızsa qürur mənbəyimizdir.

Yusif Babanlı,
ADBTİA-nın prorektoru, professor

Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...
Məhərrəm Ağalaroğlu
Dəlləklər