13 dekabr 2019 19:31
954

Polşa iş adamlarının Azərbaycana səfəri planlaşdırılıb

Gələn il fevralın 2-4-də Polşa iş adamlarının Azərbaycana səfəri planlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Polşanın Sileziya vilayətinin biznes-təqdimatı keçiriləcək, habelə B2B formatında görüşlər təşkil olunacaq.

Artıq Azərbaycana səfər edəcək heyətin tərkibi hazırlanır.