20 fevral 2019 16:25
631

Putin-Netanyahu görüşü təxirə salınıb

Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu arasında fevralın 21-də Moskvada keçirilməsi nəzərdə tutulan görüş təxirə salınıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, görüşün təxirə salınması təklifi İsrail tərəfindən gəlib. İki lider arasında görüşün vaxtına fevralın 21-də qərar veriləcək.

Qeyd edək ki, bu görüşün Rusiyaya aid hərbi təyyarənin ötən ilin sentyabr ayında Suriyada vurulmasından sonra gərginləşən Moskva-Təl Əviv münasibətlərinin mülayimləşməsində mühüm addım olacağına inananlar az deyil. Bu, hadisədən sonra iki dövlət rəhbəri arasında ilk görüş olacaq.