22 may 2020 17:41
272

Putin xəbərdarlıq etdi

Rusiyada oktyabr-noyabr ayları arasında koronavirusun ikinci dalğasının olması mümkündür.

Trend-in məlumatına görə, bunu ölkə başçısı Vladimir Putin Rusiyada sanitar-epidemioloji vəziyyətə həsr olunmuş iclas zamanı deyib.

O, Səhiyyə Nazirliyini buna hazır olmağa, yerli və xarici mütəxəssislərin ikinci dalğa barədə xəbərdarlıqlarına qulaq asmağa çağırıb.

Qeyd edək ki, bu günədək Rusiyada 326 mindən çox şəxs koronavirusa yoluxub, 3 249 nəfər ölüb. Yoluxma sayına görə Rusiya ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.