20 oktyabr 2020 01:08
753

“Qalatasaray”dan Azərbaycana növbəti dəstək

Türkiyənin “Qalatasaray” klubu Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara növbəti dəfə öz dəstəyini ifadə edib.

"İki sahil"-in məlumatına görə, İstanbul klubunun “ultraAslan”  azarkeş  qrupunun “Twitter” səhifəsində paylaşılıb.

İstanbul klubunun Superliqanın beşinci turu çərçivəsində bu gün “Alanyaspor”la ev oyunu öncəsi matçın keçiriləcəyi “Türk Telekom Arena”ya iki ölkə bayrağının əks olunduğu müxtəlif plakatlar yerləşdirilib və Azərbaycana dəstək şüarları yazılmış bannerlər asılıb.