23 avqust 2019 15:46
576

“Qalatasaray”ın futbolçusu İspaniya klubunda

“Qalatasaray” bu yay transfer etdiyi Valentine Ozornvaforu icarəyə verib.

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, Superliqa təmsilçisi nigeriyalı müdafiəçini İspaniya Sequndasında çıxış edən "Almeriya”ya göndərib. 20 yaşlı müdafiəçi 2019/20 mövsümünü İspaniyada keçirəcək.

Qeyd edək ki, “Qalatasaray” Ozornvaforu bu yay Nigeriyanın “Enyimba” klubundan 300 min avroya transfer edib.