24 iyun 2019 10:41
572

Qara Dəniz Ticarət və İnkişaf Bankı manatla istiqraz buraxacaq

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda milli valyuta ilə istiqrazlar buraxmağa hazırlaşır. Bunu bankın prezidenti Dmitri Pankin deyib.

“Biz konkret ölkədə milli valyutada istiqrazlar buraxırıq, sonra onları yerləşdiririk. Bizə bu məsələdə milli banklar və yerli kredit təşkilatları kömək edir. Əldə olunan yerli valyutanı artıq yerli iri layihələrin kreditləşməsi və ya banklar vasitəsilə xüsusi proqram çərçivəsində kiçik və orta biznesi maliyyələşdiririk. Bizim tərəfdən bu cür sxem artıq Ermənistan, Gürcüstan və Rumıniyada artıq işlənib. Hazırda Azərbaycanda buraxılış hazırlayırıq”, - Pankin bildirib.

Onun sözlərinə görə, milli valyutada kreditləşmə - 2007-2008-ci illərdə baş verən böhranın nəticəsidir, həmin dövrdə inkişaf edən bazarların pul vahidləri kəskin ucuzlaşdı. “Biznes anladı ki, dollarla kredit götürmək, gəliri isə özünün valyutası ilə əldə etmək çox risklidir. Buna görə özünün valyutası isə kreditlərin götürülməsi tendensiyası daha çox likvidliyin düzgün idarə olunmasıdır, nəinki Amerika hökumətinin sanksiya tətbiq edərək və hesabı dondura bilməsi səbəbindən dollardan qaçmaqdır”, - o qeyd edib.

20 illik fəaliyyəti dövrü ərzində bankın kredit portfelində Azərbaycanın ümumi payı 6,1 faiz təşkil edir.

Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5 faizdir. 2018-ci ilin sonuna bankın Azərbaycandakı layihələr üzrə cari portfeli 53,867 milyon avrodur. (İnterfaks)